ABŞ hakimiyyəti Rusiya ilə əməkdaşlıq edən vətəndaşların evlərində yeni axtarışlar aparmağa hazırlaşır.
Rezonans.az xəbər verir ki, bu barədə "New York Times" (NYT) nəşri məlumat yayıb.
Nəşrin həmsöhbətləri bildiriblər ki, ABŞ Ədliyyə Nazirliyi prezident seçkiləri öncəsi Amerika cəmiyyətinə “Kreml təsir əməliyyatları”na qarşı çıxmaq niyyətindədir. Müstəntiqlər sanksiyaların və xarici hökumətlər üçün lobbiçilik fəaliyyətinin açıqlanmasına dair qanunun mümkün pozuntularını axtarırlar.
Bu məqsədlə idarə genişmiqyaslı araşdırmalara başlayıb. Bununla əlaqədar yaxın vaxtlarda Rusiya mediası ilə əməkdaşlıq edən amerikalıların evlərində yeni axtarışlar gözlənilir. Mənbələr cinayət işi açılacağını istisna etməyib.
Avqustun 16-da ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) politoloq və Birinci Kanalın aparıcısı Dmitri Simsin evində axtarış aparılması faktını təsdiqləyib. Həmçinin, FTB agentləri keçmiş Amerika kəşfiyyatçısı Skott Ritterin evində də axtarış aparıblar.