Azərbaycan Ukrayna münasibətləri: Dostluq, humanitar dəstək və həqiqətlərin unutulmayan izləri

img

Rusiya-Ukrayna müharibəsindən bir həftə əvvəl Ukrayna hakimiyyətinin ermənilərin sifarişi ilə Xarkovda Xocalı faciəsindən bəhs edən filmin nümayişinə qadağa qoyan zaman Ukraynadakı Azərbaycan diasporasının etiraz səsini eşitmədik. Ukrayna hakimiyyəti də bu məsələyə aydınlıq gətirmədi. Daha xırda detallari açıqlamaq istəmirəm.


Ukrayna Azərbaycana göstərdiyi humanitar yardıma və Bakıda müalicə alan ukraynalı uşaqlara görə dəfələrlə təşəkkür edib. Amma Ukrayna tərəfindən müharibədən xeyli əvvəl Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistana silah verilməsi də faktdır. 


Azərbaycan dövləti kimin nə zaman nə etdiyini çox yaxşı bilir, unutmur və bu barədə kiminsə xətrinə hələlik dəymək istəmir.


Azərbaycan etibarlı və faydalı tərəfdaşdır. Kimsənin haqqına girməz, kimsəyə borclu qalmaz, amma kimsəyə də haqqını və hüququnu güzəştə getməz. 


Hərbi ekspert Ədalət Verdiyev

Xəbəri paylaş: