Ədliyyə işçilərinin könüllü qanvermə aksiyası keçirilib

img

Ədliyyə Nazirliyinin və Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə yardım məqsədilə 20-22 avqust tarixlərində ədliyyə işçilərinin qanvermə aksiyası keçirilir.


Rezonans.az xəbər verir ki, aksiya çərçivəsində 21 avqust tarixində Nazirliyin aparatının əməkdaşları könüllü donorluq edərək qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə töhfə veriblər.


Ədliyyə işçilərinin könüllü qanvermə aksiyası bu gün də Mərkəzin Qan Bankında davam edir.



Xəbəri paylaş: