Ölkələrin UEFA reytinqində dəyişikliklər olub.
Rezonans.az xəbər verir ki, buna avrokubokların pley-off mərhələsinin ilk oyunlarının son gününün nəticələri səbəb olub.
Avropa Liqası və Konfrans Liqasında baş tutan matçlardan sonra bəzi ölkələrin xal hesabı və mövqeyi dəyişib. “Zirə” Kiprdə “Omoniya”ya 0:6 hesabı ilə uduzsa da, Azərbaycanın siyahıda tutduğu yer dəyişməz qalıb.
Ölkəmizin hesabında 18,875 xal var. Azərbaycan Avropada 26-cı pillədədir.
Cari mövsümün qazancı 2,125-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 1,000, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 89,303 xal.