Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və qızı Saida Mirziyoyeva ilə birgə Özbəkistanın Xalq rəssamı Akmal Nurun əsərlərindən ibarət sərgi ilə tanış olub və Özbəkistan milli geyimlərindən ibarət kolleksiyaya baxıblar.
Rezonans.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.