BMT Baş Assambleyasının Sədri Azərbaycana səfər edəcək

img

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Prezidenti Abdulla Şahid Azərbaycana səfər edəcək.

Rezonans.az xəbər verir ki, bu barədə report-a  Baş Assambleyanın prezidentinin sözçüsü Paulina Kubiak deyib.

Sözçü bildirib ki, işgüzar səfər 12-13 iyun tarixlərində baş tutacaq. A.Şahidin Azərbaycanın rəsmi şəxsləri, o cümlədən xarici işlər naziri Ceyhun Bayramovla görüşü gözlənilir.

Xəbəri paylaş: