Ata, ana, nənə və baba üçün övladdan və nəvədən doğma heçnə yoxdur. Bunu bilən kibercinayətkarlar xaricdə yaşayan şəxslərin Azərbaycanda olan ailə üzvlərinin ev telefonlarını tapıb zəng etməklə, onları aldadaraq pullarını talayırlar".
Rezonans.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib.
O bildirib ki, həssas, dramatik, faciəvi məqamlara toxunmaqla — övladınız, yaxud nəvəniz tutulub, ağır qəza keçirib, ölüm ayağındadır, reanimasiyadadır, - deyə yalan xəbər verib təcili pul tələb edirlər:
"Həmin pul vəsaiti kuryer vasitəsilə ələ keçirilərək xarici bank hesablarına köçürülür. Hər bir vətəndaş diqqətli olmalı, ahıl yaşlı ailə üzvlərini bu barədə məlumatlandırmalı, şübhəli telefon zənglərinə qarşı ehtiyatlı davranmalıdır", - deyə DİN rəsmisi qeyd edib.