Məhkəmə Ekspertizası Şurasının ilk iclası keçirilib

img

Avqustun 26-da Ədliyyə Nazirliyində Məhkəmə Ekspertizası Şurasının ilk iclası keçirilib.


Rezonans.az xəbər verir ki, Ədliyyə naziri Fərid Əhmədovun sədrliyi ilə keçirilən iclasda Şuranın üzvləri daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov, müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Şərafət Həsənov, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, Baş prokurorun müavini Elmar Camalov, Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin müavini Şahmar Məmmədov iştirak ediblər. 


İclasda "Məhkəmə Ekspertizası Şurasının fəaliyyətinə dair iş qaydası”nın layihəsi, Məhkəmə Ekspertizası Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 2.1-ci bəndində nəzərdə tutulan tapşırıqların çevik qaydada həll edilməsi məqsədilə müvafiq İşçi qruplarının yaradılması məsələləri müzakirə edilib, həmçinin Məhkəmə Ekspertizası Şurasının fəaliyyətinin koordinasiyasının təmin edilməsi üçün Şuranın katibi təyin olunub. 


İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Xəbəri paylaş: