Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) avqustun 26-da dərc etdiyi Meymunçiçəyi ilə Mübarizə Planı (“mpox”) altı ay ərzində 135 milyon dollar maliyyələşdirmə tələb edir.
Rezonans.az xəbər verir ki, bu barədə ÜST-nin baş qərargahı bildirib.
Plan cari ilin sentyabrından gələn ilin fevralına qədər olan altı aylıq dövrü əhatə edir. Vəsaitin ayrılması üçün yaxın vaxtlarda beynəlxalq ictimaiyyətə müraciət təqdim olunacaq.
Sənəd hərtərəfli nəzarət, profilaktika, hazırlıq və cavab strategiyalarının həyata keçirilməsinə, tədqiqatların təşviqinə, diaqnostik testlərə və vaksinlərə ədalətli çıxışın təmin edilməsinə yönəlib. Peyvənd ən çox risk altında olanlara, o cümlədən yaxın təmasda olanlara və səhiyyə işçilərinə yönəldiləcək.