Rusiya Kursk istiqamətində 30 minə yaxın hərbi qulluqçusunu yerləşdirib və bu rəqəm artmaqda davam edir".
Rezonans.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski deyib.
O əlavə edib ki, Ukrayna əsgərləri mülki əhalinin təhlükəsizliyi üçün hər şeyi edir:
"Kurskda hər gün şiddətli döyüşlər davam edir, biz də əsas gücümüzü və vasitələrimizi Pokrovski və Kuraxovski istiqamətinə yönəldirik”, - deyə Sirski qeyd edib.