Azərbaycan yığması Avropa çempionatının yarımfinalında - VİDEO

img

Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Rezonans.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv 1/4 finalda Slovakiyanı məğlubiyyətə uğradıb - 1:0.

Yeganə qolu 42-ci dəqiqədə Elvin Əlizadə vurub. 49-cu dəqiqədə Vüsal İsayev qırmızı vərəqə alsa da, hesabı sonadək qorumaq mümkün olub.

Növbəti mərhələdə rəqib Qazaxıstan millisi olacaq.

Xəbəri paylaş: