Mingəçevirdə "Mediasiya və onun üstünlükləri" mövzusunda maarifləndirici görüş keçirilib

img

Mingəçevir 1 saylı Mediasiya Təşkilatının direktoru Ayaz İsmayılzadə, hüquqşünas  mediator Mirməmməd Əyyubov və  mediator Elnur Həsənzadə ilə Mingəçevir Şəhər Mərkəzi xəstəxanasının direktoru  Ülfət Qurbanov və səhiyyə əməkdaşları arasında "Mediasiya və onun üstünlükləri" mövzusunda maarifləndirici görüş keçirilib.


Rezonans.az xəbər verir ki, görüş zamanı mediasiyada danışıqlar yolu ilə mübahisələrin necə effektiv həll edilə biləcəyi, mediatorun konfliktin həlli prosesində rolu barədə geniş məzmunla çıxış edilib.


Bütün iştirakçılara məlumatlandırıcı bukletlər təqdim edilib, tibb işçilərini maraqlandıran suallar cavablandırılıb.

Xəbəri paylaş: