Zaqatalada 9 kq narkotik dövriyyədən çıxarıldı

img

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş 30 yaşlı Mirtalib Əşrəfov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Rezonans.az-a bildirilib ki, ondan 9 kiloqram marixuana aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: