Əhliman Əmiraslanovun seçicilərlə növbəti görüşü keçirilib

img

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 67 saylı Sabirabad seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş  akademik Əhliman Əmiraslanovun Sabirabad rayonunda  mədəniyyət sahəsində çalışan seçicilərlə  görüşü keçirilib.

Rezonans.az xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdıraraq qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır və qarşıda duran başlıca məqsəd yeni qələbələrə nail olmaqdır.

Deputatlığa namizəd Əhliman Əmiraslanov çıxışı zamanı  bu günün və gələcəyin partiyası olan YAP-ın müstəqil Azərbaycanın qüdrətli dövlətə çevrilməsində müstəsna rol oynadığını və Ulu Öndər Heydər Əliyevin yolu ilə inamla irəlilədiyini qeyd edib. Əhliman Əmiraslanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Görüşdə Səlmi Mehdiyeva, Məhəmməd Muradov və digər seçicilər çıxışlarında ölkəmizdəki inkişaf və quruculuq işlərindən bəhs edərək seçiciləri Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləməyə çağırıblar.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Əhliman Əmiraslanovun Yeni Azərbaycan Partiyası tərəfindən 67 saylı Sabirabad seçki dairəsinin məntəqə seçki komissiyalarına təyin edilmiş müşahidəçilərlə də görüşü olub.

Xəbəri paylaş: