Cəlilabadda 8 otaqlı ev yandı

img

Cəlilabadda 8 otaqlı evdə yanğın olub.

Bu barədə Rezonans.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Cəlilabad rayonunun Həziabad kəndində ümumi sahəsi 196 m² (hər mərtəbəsi 98 m²) olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: