Sumqayıtda yataqxanada yanğın - Xəsarət alan var

img

Sumqayıt şəhərində yanğın olub.

Rezonans.az FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində həcmi 5 litr olan məişət qaz balonunun başlıq hissəsi və 3 paq.m elektrik naqili yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yataqxana binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: