Kəlbəcərdə qəza - Ölən və yaralanan var

img

Sentyabrın 1-i səhər saat 5 radələrində Kəlbəcər RPŞ-yə rayonun Vəng kəndi ərazisində yol nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Rezonans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları sözügedən ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, R. İsmayılovun idarə etdiyi “VAZ-21099” markalı avtomobilin aşması nəticəsində 1979-cu il təvəllüdlü, Bakı şəhər sakini Rəsul Quliyev hadisə nəticəsində ölüb, digər sərnişin Mübahrək Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir

Xəbəri paylaş: