Rusiyadan alınan zenit-raket kompleksləri Türkiyənin arsenalındadır.
Rezonans.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi açıqlayıb.
Nazirlik mətbuatda Türkiyənin Amerikanın F-35 qırıcılarının xeyrinə S-400-lərdən istifadədən imtina etməyə hazır olması ilə bağlı xəbərlərə cavab olaraq bildirib: "Ölkəmizin hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. S-400 zenit sistemi HMM silahlanmasındadır. Hazırda bu məsələ ilə bağlı yeni proses yoxdur".