Türkiyənin 23 vilayətdə İŞİD terror təşkilatına qarşı “Gürz-10” əməliyyatları keçirilib.
Rezonans.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
Onun sözlərinə görə, 5 gün ərzində Ankara və İstanbul da daxil olmaqla 23 vilayətdə keçirilən əməliyyatda 119 şübhəli saxlanılıb.