Qazaxıstan Respublikasının Almatı şəhərində təşkil olunan mediatorların Beynəlxalq Yay Məktəbində Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə və Azərbaycandan olan mediatorlar iştirak edib.
Rezonans.az xəbər verir ki, leçirilən Beynəlxalq Yay Məktəbində iştirak edib, uğurla başa vuran mediatorlara sertifikatlar təqdim olunub.
ℹ️ Təqdimat mərasimində Orta Asiya Mediatorlar Konsorsiumunun sədri, Qazaxıstan Mediatorlar Assosiasiyasının Baş direktoru Jandılda Jakupov tədbir iştirakçılarını salamladıqdan sonra mediatorların hər birinə iştiraklarına görə öz təşəkkürlərini bildirib.
Daha sonra Özbəkistanda Arbitraj Məhkəməsinin və Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin təsisçisi, hüquq elmləri doktoru, professor Fozilcan Otaxonov, Qırğızıstanda Milli Mediasiya mərkəzinin təsisçisi və direktoru Qulsina Kojoyarova, Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel mediatorlara sertifikatları təqdim edib.
Qeyd edək ki, Beynəlxalq Yay Məktəbində Azərbaycan Respublikasının Mediasiya Şurasını 11 nəfər mediator – Ülkər Zülfüqarova, Tural Məmmədov, Aqil Əsgərov, Qabil Əsgərov, Ramiz Kərimov, Venera Əsgərova, Südabə Məmmədova, Raul İsmayılov, Şəmsinur Allahverdiyeva, Zaur Quliyev və Rövşən İsmayılov təmsil edib.