Regionun XİN rəhbərləri yenidən görüşəcəklər

img

Hazırda xarici işlər nazirləri səviyyəsində regional “3+3” formatında növbəti görüşün vaxtı razılaşdırılır.

Rezonans.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov "RİA Novosti"yə bildirib.

O bəyan edib ki, regiona kənardan müdaxiləyə ehtiyac yoxdur və Cənubi Qafqaz dövlətləri mövcud problemləri özləri həll etməlidirlər. Bunun üçün o, effektiv platforma kimi "3+3"-ü qeyd edib.

Bunun fonunda o, Ermənistanın xarici siyasətinin narahatlıq doğurduğunu bildirib.

Qeyd edək ki, xarici işlər nazirlərinin “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) növbəti görüşü Türkiyədə keçiriləcək.

Xəbəri paylaş: