"İkitərəfli danışıqlarda irəliləyiş var" - Hikmət Hacıyev

img

Onilliklərlə davam edən münaqişədən sonra Cənubi Qafqaza sülh gətirə biləcək çoxdan gözlənilən saziş tamamlanmaq üzrədir.

Rezonans.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat dərc edib. 

Nəşrin məlumatına görə, Ermənistan və Azərbaycan tərəfləri bu barədə məlumatı təsdiqləyib.

Şənbə günü keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinin son aylar ərzində ikitərəfli danışıqlarda əsas məsələlər üzrə kifayət qədər irəliləyişin əldə olunduğu qənaətinə gəlib. 

O, Azərbaycana sülh müqaviləsi imzalamaq üçün rəsmi təklif verdiyini açıqlayıb: "Sülh müqaviləsinin son layihəsində 17 maddə var. Onlardan 13-ü, o cümlədən preambula tam razılaşdırılıb. Biz bütün razılaşdırılmış maddələri və ifadələri götürüb sülh müqaviləsi kimi imzalamağı təklif edirik". 

Bəyanat iki tərəfin ortaq sərhədlərinin demarkasiyası və delimitasiyası üzrə birgə sərhəd komissiyası haqqında sazişin imzalandığını elan etməsindən bir gün sonraya təsadüf edir.

2022-ci ildə baş vermiş müharibədən sonra sərhəddəki gərgin vəziyyəti müşahidə etmək üçün Ermənistanda Avropa İttifaqının monitorinq missiyası yerləşdirilib. Bundan sonra oradakı rus sərhədçiləri geri çəkilib. 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Politico"ya açıqlamasında bildirib ki, ikitərəfli danışıqlarda irəliləyiş var. Diplomat əlavə edib ki, sərhəd komissiyası ilə bağlı razılaşma Aİ missiyasının çıxarılması üçün yetərli sayılmalıdır: "Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası komissiyasının birgə fəaliyyətinin tənzimlənməsi haqqında saziş Aİ-nin mülki missiyasının Ermənistandan çıxarılması üçün kifayət qədər əsasdır".

Xəbəri paylaş: