Mediasiya təşkilatlarının marketinq bacarıqlarının artırılması üzrə seminar keçirilib

img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununun 11-ci maddəsində mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan qurum kimi qeyd edilib.


Rezonans.az xəbər verir ki, Mediasiya Şurası fəaliyyətə başladığı gündən istər Şura, istərsə də mediasiya təşkilatları tərəfindən əhalinin mediasiya sahəsində maarifləndirilməsi, mediasiya xidmətlərinin marketinq vasitəsi ilə xidmət alanlara çatdırılması sahəsində müəyyən işlər görülüb. Xüsusən mediasiya sahəsində mediasiya xidmətlərinin keyfiyyətli məzmunu mediasiya məxfiliyinin qorunması qaydasında bu xidmətlərin marketinqinin aparılmasından asılıdır.


Məhz bu məqsədlə Mediasiya Şurası tərəfindən davamlı işlər görülür, mediasiya təşkilatlarının marketinq fəaliyyətinin aparılması sahəsində bilik və bacarıqları artırılır. Belə tədbirlərdən biri də Şuşada region mediasiya təşkilatları rəhbərləri və mediatorlar üçün təşkil edilmişdir. Qeyd edilən təlim Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov tərəfindən aparılıb. Nadir Adilov öncəliklə Mediasiya Şurasının istənilən mediatorunun və mediasiya təşkilatının mediasiya sahəsində maarifləndirmə tədbirlərinin və marketinq fəaliyyətinin son dərəcə mühüm olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Qanunun tələbindən irəli gələn bu müddəa hər bir mediasiya təşkilatı tərəfindən icrası məcbur olan bir hədəfdir. Daha sonra Nadir Adilov mediasiya sahəsində marketinqlə bağlı praktiki nümunələri əks etdirən təqdimatla çıxış edib. O, dünyada yeni olan mediasiya proseslərində marketinq imkanlarının beynəlxalq təcrübi əsasları barədə məlumat verib və mediasiya təşkilatlarının marketinq strategiyasının qurulması sahəsində strateji plan layihəsi ilə mediatorları tanış edib.


Qeyd edilən seminarda Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Gəncə 1 saylı Mediasiya Təşkilatının sədri Südabə Məmmədova, Gəncə 2 saylı Mediasiya Təşkilatının sədri Anar Abdullayev, Sabirabad 1 saylı Mediasiya Təşkilatının sədri Musa Ramazanov, Mingəçevir 1 saylı Mediasiya Təşkilatının sədri Ayaz İsmayılov, Lənkəran 1 saylı Mediasiya Təşkilatının sədri Ramin Şükürov, Şəki 1 saylı mediasiya təşkilatının sədri Dərya Yaşarlı, Masallı Mediasiya Təşkilatının sədri Xanhüseyn Səmədov, Qusar Mediasiya Təşkilatının sədri Radik Kazımov, Bərdə 1 saylı Mediasiya Təşkilatının sədri Müşviq Mehdiyev, Goranboy 1 saylı Mediasiya Təşkilatının sədri Vüsalə Tağıyeva, Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının sədri Tahir Balakişiyev, Tovuz 1 saylı mediasiya təşkilatının sədri Elşad Rəhimov, ️Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın sədri Nigar Hüseynzadə, Samux 1 Saylı Mediasiya Təşkilatının sədri Raul İsmayılov, Qəbələ Mediasiya Təşkilatının sədri Ədalət Əliyev, Qazax Mediasiya Təşkilatının rəhbəri Pərvin Əhmədov və Salyan 1 saylı Mediasiya Təşkilatının mediatoru Taryel İsgəndərov iştirak edib.


Seminar mediatorlar tərəfindən mövzu üzrə fikir mübadiləsinin aparılması və verilən sualların cavablandırılması ilə davam edib.



Xəbəri paylaş: