Beqoviç "Everton"la yeni müqavilə imzaladı

img

İngiltərənin "Everton" klubu qapıçısı Asmir Beqoviçlə yeni müqavilə imzalayıb.

Rezonans.az xəbər verir ki, 34 yaşlı qolkiperlə bu ay başa çatacaq sözləşmənin müddəti daha bir il uzadılıb.

Qeyd edək ki, bosniyalı qolkiper ötən mövsüm "Everton"da 7 oyuna çıxıb.

Xatırladaq ki, Beqoviç 2019-cu ildə icarə əsasında "Qarabağ"a oynayıb.

Xəbəri paylaş: