BDU əməkdaşlarının maaşları artırıldı

img

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlarının əməkhaqları qaldırılıb.

Rezonans.az xəbər verir ki, bununla bağlı BDU-nun Elmi Şurasının yeni tədris ilində ilk iclasında qərar qəbul edilib.

Qərara əsasən, BDU-nun 105 illik yubileyi münasibətilə əməkdaşlara 300 manat birdəfəlik mükafat veriləcək.

Elmi Şura həmçinin BDU əməkdaşlarının əməkhaqlarının sentyabrın 1-dən hesablanmaqla 30 faiz artırılması haqqında qərar qəbul edib.

Xəbəri paylaş: