Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü başlayıb.
Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin X səhifəsində qeyd olunub.
Üçtərəfli görüş Batumidə keçirilir.
Daha əvvəl Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, görüşdə ikitərəfli və üçtərəfli formatda birgə hərbi əməkdaşlığın yeni perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılır.