Fransada parlament seçkiləri keçirilir

img

Fransada Milli Assambleyaya seçkilərin birinci tutu keçirilir.

Rezonans.az xəbər verir ki, səsvermə hüququ olan 48 milyon Fransa vətəndaşı parlamentin aşağı platasına 577 deputatı seçməlidir.
Səsvermə Fransanın əsas ərazisində 08.00-dan 20.00-dək keçiriləcək. Saat fərqinə görə Dənizaşırı ərazilərdə səsvermə dünən başa çatsa da, nəticələr bu axşam elan ediləcək.

Səsvermənin ikinci turu iyunun 19-na təyin edilib.

Xəbəri paylaş: