"Brent" 70 dollardan da ucuz oldu

img

Londonun birjasında Brent markalı neftin fyuçerslərinin qiyməti 70 dollar/bareldən aşağı düşüb.

Rezonans.az xəbər verir ki, bu, 20 dekabr 2021-ci ildən bəri ilk dəfə baş verib.

"Qara qızıl"ın bir barelinin qiyməti 2,71% azalaraq 69,89 dollar olub.

Öz növbəsində, Amerika markası WTI (West Texas Intermediate) neftinin oktyabr tədarükləri üzrə fyuçers müqavilələri bu vaxta qədər 3,29 faiz dəyər itirib (barel üçün 66,45 dollara qədər).

Xəbəri paylaş: