Türkiyədə Azərbaycanın inşa etdiyi məktəb açıldı - VİDEO

img

Türkiyənin Kahramanmaraş şəhərində yeni inşa edilən Azərbaycan məhəlləsindəki məktəbin açılışı baş tutub. 

Rezonans.az xəbər verir ki, Azərbaycan məhəlləsində tikilən Heydər Əliyev adına ibtidai məktəbin rəsmi açılışında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Türkiyənin təhsil naziri Yusuf Tekin və hər iki ölkənin nümayəndə heyətləri iştirak ediblər.

İbtidai məktəb Azərbaycan bulvarı ilə Heydər Əliyev bulvarının kəsişdiyi Hayrullah Məhəlləsində məktəb və məscid kimi əraziləri özündə birləşdirən 1000 evlik məhəllənin ilk binasıdır.

Məktəbdə ümumilikdə 24 sinif otağı var, 3 sinif otağı uşaq bağçasına, qalan 21 sinif otağı isə ibtidai siniflərə aiddir. Tikili sosial obyektlər və yardımçı tikililər də daxil olmaqla 7 min 678 kvadratmetrdir. 

Ağarza Elçinoğlu 


Xəbəri paylaş: