Toivo Klaar Aİ-nin Özbəkistandakı səfiri təyin EDİLDİ

img

2024-cü il sentyabrın 9-dan etibarən Avropa İttifaqı Toivo Klaarı Özbəkistan üzrə yeni səfir təyin edib.

Rezonans.az xəbər verir ki, bu barədə Avropa İttifaqının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Toyvo Klaar 2017-ci ildən etibarən Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə Avropa İttifaqının xüsusi nümayəndəsi vəzifəsini icra edirdi.

Son illərdə Avropa İttifaqı ilə Özbəkistan arasına əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib, xüsusən iqtisadi əməkdaşlıq, insan hüquqları və demokratik islahatlar sahələrində. Avropa İttifaqı Özbəkistanın əsas ticarət tərəfdaşlarından biridir və enerji, təhsil və idarəetmə kimi sahələrdə müxtəlif inkişaf layihələrində iştirak edir.

2022-ci ildə Avropa İttifaqı ilə Özbəkistan münasibətlərini daha da inkişaf etdirərək, Ticarət, İnvəstisiya və Siyasi Əməkdaşlıq üzrə tərəfdaşlıq və əməkdaşlıq (EPCA) Sazişini imzalayıblar.

Xəbəri paylaş: