Telekommunikasiya naqillərini oğurlayan şəxslər saxlanıldı

img

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisindəki telekommunikasiya naqillərini oğurlayan Muraz Cəfərov və Asif Ələkbərov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan  Rezonans.az-a verilən məlumata görə, onlar ümumi dəyəri 29224 manat olan 4503 metr uzunluğundakı naqilləri oğurlayaraq metal qəbulu məntəqələrinə satıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: