İlin ikinci ay tutulması bu tarixdə baş verəcək

img

2024-cü ilin 2-ci Ay tutulması sentyabrın 18-də baş verəcək. 

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasında Rezonans.az-a verilən məlumata görə, qismən Ay tutulması Bakı vaxtı ilə saat 04:41-də başlayıb, saat 08:47-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 18-i saat 06:44-da baş verəcək. Saat 06:12-də qismən tutulma başlayacaq və saat 07:15-də sona çatacaq. Saat 04:41-də yarımkölgəli tutulma başlayacaq və saat 08:47-də sona çatacaq.

2024-cü ilin 2-ci Ay tutulmasını Şimali və Cənubi Amerika, Antarktida, Afrika, Avropa, Qərbi Asiya və Rusiyanın cənub-qərbi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdən müşahidə etmək mümkün olacaq.

Azərbaycan ərazisində səhər saatlarında saat 04:41-dən 06:19-a kimi yarımkölgəli Ay tutulması müşahidə ediləcək.

Xəbəri paylaş: