Alp dağlarında 4 alpinist yorğunluqdan öldü

img

İtaliya və Cənubi Koreyadan olan 4 alpinist sentyabrın 10-da Alp dağlarının ən yüksək zirvəsi olan Mont Blanda itkin düşüb. 

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki,  onların itkin düşməsi xəbərindən sonra zirvədə axtarışlar aparılıb. Çox keçməyib ki, alpinistlərin meyitləri aşkarlanıb. 

Haute-Savoie prefekturası onların "yorğunluqdan öldüklərini" bildirib və əlavə edib ki, hadisə yerinə gələn xilasedicilər əvvəlcə iki koreyalı, daha sonra italiyalı alpinistləri tapıblar.

Xəbəri paylaş: