"Kirants divarı Ermənistanın ən böyük uğurudur" - Paşinyan

img

"2018 və 2020-ci illərdən sonra Ermənistan suverenlik qazandı, dövlət olmaq şansı qazandı".

Rezonans.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətlə sual-cavab iclasında deyib.

"Biz nə ediriksə, kiminsə nəyisə etiraf edib etməməsindən asılı olmayaraq  Ermənistan Respublikasının dövlət maraqları naminə edirik. Məqsədlərimiz Azərbaycanla heç nəyə güzəştə getmək deyil, məqsədimiz Ermənistan dövlətinin suverenliyini, inkişafını və daimiliyini təmin etməkdir. Burada söhbət düşüncənin ölçülərindən gedir. Yuxudan oyanıb, Ermənistanın nə qazandığını düşünürəm.

Kirants divarı Üçüncü Ermənistan Respublikasının ən böyük uğurudur, Ermənistan bundan dövlət sərhəddi, çox kiçik bir ərazidə sülh və təhlükəsizlik əldə etdi", - deyə baş nazir qeyd edib. 

Xəbəri paylaş: