Rusiya iqtisadiyyatı 15 il geriləyəcək - İDDİA

img

Araşdırmalara görə, Rusiya iqtisadiyyatı sanksiyalara görə 15 il geriləyəcək.

 

Rezonans.az xəbər verir ki, bu barədə "Reuters"in araşdırmasında deyilir.

 

Məlumata əsasən, 2022-ci ildə Rusiya iqtisadiyyatı 15 faiz, 2023-cü ildə isə daha 3 faiz enəcək. Beləliklə, Rusiya iqtisadiyyatına qoyulan 30 illik sərmayənin nəticəsi bərabərləşəcək.

 

Qeyd edilir ki, Avropa Rusiyadan enerji resurslarının idxalından tamamilə imtina edərsə, o zaman iqtisadi tənəzzül daha geniş olacaq.

 

"Reuters" əlavə edib ki, dünya ekspertləri yaxın aylarda Rusiya Federasiyaya qarşı sanksiyaların genişlənəcəyinə və sərtləşdiriləcəyinə əmindirlər.

Xəbəri paylaş: