Avropa İttifaqından Ermənistan AÇIQLAMASI: Araşdırılmalıdır!

img

“Polis tərəfindən nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqi, eləcə də nümayişçilərin asayiş keşikçilərinə qarşı güc tətbiqi qəbuledilməzdir. İyunun 3-də baş vermiş zorakılıq hadisələri, o cümlədən xüsusi vasitələrin istifadəsi araşdırılmalıdır. Bəzi hallarda bu, artıq həyata keçirilir”.

 

Rezonans.az xəbər verir ki, bu fikirlər Avropa İttifaqının (Aİ) İrəvandakı nümayəndəliyinin başçısı Andrea Viktorin Ermənistan müxalifətinə iyunun 3-də İrəvanda baş verənlərlə bağlı cavabında yer alıb.

 

Səfir Ermənistanın ədliyyə nazirinə narahatlığını bildirib və qeyd edib ki, Ombudsmanla daim əlaqə saxlayır. İstifadə olunan xüsusi vasitələrin növləri, istifadəsinə icazə verilən meyarlara uyğunluğu, habelə bu vəziyyətdə istifadənin zəruriliyi və qanunauyğunluğu ilə bağlı polisdən izahatlar istənilib.

Xəbəri paylaş: