Lənkəranda 43 yaşlı kişini bıçaqlayan şəxs tutuldu

img

Lənkəranda 43 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Rezonans.az-a bildirilib ki, şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı Lənkəran rayon sakini Şahin Əsgərova kəsilmiş-deşilmiş xəsarət yetirən 30 yaşlı Anar Dadaşzadə polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbəri paylaş: