RB komandasının pilotu Yuki Tsunoda Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində mübarizəni dayandırıb.
Rezonans.az xəbər verir ki, yaponiyalı sürücü 17-ci dövrədə yarışla vidalaşmalı olub.
Onun bolidində problem aşkarlanıb.
Qeyd edək ki, 20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.