Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə Bilik Günü”nə həsr edilən tədbir keçirilib

img

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə  2024/2025-ci  tədris ilinin başlanması və “Bilik Günü”nə həsr edilən tədbir keçirilib.


     

Rezonans.az xəbər verir ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


     

Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru  İlqar Kubışov yeni tədris ilinin başlanması münasibəti ilə kollec əməkdaşlarını və tələbələri təbrik edib, kollecdə təhsil alacaq birinci kurs tələbələrinə uğurlar arzulayıb. Direktor İlqar Kubışov "Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndərimiz Respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır.  Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin təhsilin inkişafına böyük önəm verməsinin təhsil sahəsinin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb. Son illər ərzində kollecdə əldə olunan nailiyyətlər,kadr hazırlığı, tələbələr üçün yaradılan yeni imkanlar haqqında söhbət açıb.


Tədbirin davamında Kollecə yüksək balla qəbul olan gənclərə  tələbə biletləri və hədiyyələr təqdim edilib.

Xəbəri paylaş: