Avropa çempionu olan komandamız Bakıya qayıtdi

img

Mini-futbol üzrə Avropa çempionu olmuş Azərbaycan milli komandası Bakıya qayıdıb.

 

Rezonans.az xəbər verir ki, idmançılarımızı hava limanında azarkeşlər və media nümayəndələri qarşılayıblar.

 

Xatırladaq ki, Azərbaycan mini-futbol millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qalib olub. Milli komandamız finalda Rumıniya ilə üz-üzə gəlib. Qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Bununla da yığmamız Avropa çempionu olub. Qeyd edək ki, bu, Azərbaycan millisinin 10-cu dəfə təşkil edilən Avropa çempionatında ilk çempionluğudur.

Xəbəri paylaş: