Bakıda 19 yaşlı gənc bıçaqlandı

img

Bakının Xətai rayonunda gənc oğlan bıçaqlanıb.

Rezonans.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Nəsirov Elmir Ramil oğlu naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki bud və baldır nahiyəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: