Bakıda 18 yaşlı "AUDİ A6" sürücüsü piyada qadını vuraraq öldürdü

Bakıda 18 yaşlı "AUDİ A6" sürücüsü piyada qadını vuraraq öldürdü

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Rezonans.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü Ayaz Sultanov idarə etdiyi "AUDİ A6" markalı avtomobillə piyada, 1972-ci il təvəllüdlü Kəklik Əliyevanı vuraraq öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbəri paylaş: