Samuxda daşqınların qarşısı alınması məqsədilə sahil bərkitmə işləri aparılır

img

Qabırrı çayının Samux rayonunun Gürcüstanla həmsərhəd olan Burunqovaq, Poylu, Kəsəmən, Salahlı və Qarablı kəndləri ərazisindən keçən 7 kilometrlik hissəsində daşqınların qarşısının alınması məqsədilə sahil bərkitmə işləri aparılır. Xatırladaq ki,  3000 nəfərə yaxın əhalisi olan bu kəndlər rayonun Gürcüstan Respublikası ilə sərhəddində yerləşirlər.

Rezonans.az xəbər verir ki, daşqınlar zamanı kəndlərdə vətəndaşlarımıza məxsus evlərə su basma halları olmuş, fərdi təsərrüfatlara, əkin sahələrinə, otlaq və biçənək sahələrinə, meşə massivinə ciddi şəkildə ziyan dəymişdir.  

Çayda baş verəcək daşqın hallarının qarşısının alınması məqsədi ilə adiyyatı dövlət qurumları tərəfindən çayın məcrasında təmizləmə və sahil bərkitmə işləri aparılır. Çayın ətrafında uzun müddətdir fotmalaşan bitki örtüyü, lillər ağır texnikalar vasitəsi ilə təmizlənir və çay yatağının dibi genişləndirilir. 

Su agentliyinin Samux rayonu üzrə baş mühəndisi Elşən Rüstəmov bildirmişdir ki, Salahı kəndi üzrə 1 km ərazidə lildən təmizləmə və sahil bərkitmə işləri görülmüşdür. Hal-hazırda Burunqovaq kəndi ərazində 6 km məsafədə çay boyu lildən tənizləmə və sahil bərkitmə işləri həyata keçirilib. Ay sonuna qədər daha 2 km ərazi təmizlənərək ümümulikdə çay boyu 8 km məsafədə bu işlər görüləcək. 

Qeyd etmək lazımdır ki, güclü yağışlar yağanda sel sularının kənd ərazisinə ziyanının az olmasına məhz elə bu çayın sahilinin dayanıqlı olması çox böyük təsir edir.

Xəbəri paylaş: