Peycer şirkətinin sahibi yoxa çıxıb

img

Livana peycerlərin tədarükündə əli olmaqda şübhəli bilinən Bolqarıstanın "Norta Global Ltd" şirkətinin sahibi, Norveç vətəndaşı Rinson Yosi bu cihazların partladılmasından sonra yoxa çıxıb.

Rezonans.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Nəşrin məlumatına görə, Yossi əvvəlcədən planlaşdırılan səfərə çıxıb, lakin işəgötürən onunla əlaqə saxlaya bilməyib və Norveç təhlükəsizlik xidməti ilə əlaqə saxlayıb. Şöbə faktla bağlı ilkin araşdırmalara başlayıb.

Bununla belə, Yossinin peycerlərə yerləşdirilən partlayıcılardan xəbərdar olduğuna dair heç bir sübut yoxdur. Sentyabrın 17-də Hizbullah qruplaşması üzvlərinə məxsus peycerlər partladılıb. Bu hadisə nəticəsində 4 mindən çox insan yaralanıb. Ertəsi gün, sentyabrın 18-də Livanda radio və digər avadanlıqların partlaması olub, nəticədə 600-dən çox insan yaralanıb.

Xəbəri paylaş: