"HƏMAS və İsrail arasında heç vaxt razılaşma əldə olunmaycaq"

img

ABŞ rəsmiləri Fələstin-İsrail münaqişəsinin həllinin nə vaxtsa mümkün olub-olmayacağından əmin deyillər.

Rezonans.az xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti mənbələrə istinadən yazıb.

Qəzet adı açıqlanmayan amerikalı məmurdan sitat gətirib: “Görünür, heç bir razılaşma yoxdur... Mən buna nə vaxtsa nail olacağına əmin deyiləm”.

Vurğulanır ki, atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmanın əldə olunmasına dair aylarla verilən bəyanatlardan sonra ABŞ-nin yüksək rütbəli rəsmiləri indi özəl olaraq etiraf edirlər ki, onlar "İsrail və HƏMAS-ın prezident Baydenin səlahiyyət müddəti bitmədən razılığa gəlməsini gözləmirlər".

ABŞ rəsmilərinin fikrincə, regionda sülhə əsas maneələr girovların azad edilməsi ilə bağlı HƏMAS və İsrail arasında fikir ayrılıqları, həmçinin Livanda peycer və rabitə avadanlıqlarının kütləvi  partlayışlarıdır. Nəşr əlavə edir ki, sonuncu vəziyyət "tammiqyaslı müharibə ehtimalını daha da artırdı".

Sentyabrın 19-da İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargahının rəhbəri Herzi Halevi Livanla sərhədə yaxın şimal cəbhəsində müharibənin davam etdirilməsi planlarını təsdiqləyib

Xəbəri paylaş: