Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxdı

img

Türkiyənin AJet sərnişin təyyarəsi Səlahəddin Əyyubi Hava Limanında uçuş-enmə zolağından çıxıb. 

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

Qeyd olunub ki, Ankaranın Esenboğa Hava Limanından havaya qalxan təyyarə Hakkariyə eniş edərkən leysan yağışı səbəbindən qəza enişi edib. 

Sərnişinlərin səhhətinin yaxşı olduğu deyilir. 

Xəbəri paylaş: