Paşinyandan erməni diasporuna xəbərdarlıq

img

Ermənistan diasporun işlərinə qarışmadığı kimi, diaspor da Ermənistanın idarəçiliyinə təsir etməməlidir.

Rezonans.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan xaricdəki erməni icmalarının nümayəndələri ilə görüşündə deyib.

O qeyd edib ki, aydın sərhədlərin müəyyən edilməsi vacibdir: diasporun əhəmiyyətinə və dəyərinə baxmayaraq, o, Ermənistana təsir alətinə çevrilməməlidir və bu prinsipə hər iki tərəfdən hörmət edilməlidir.

“Bu, prinsipial olaraq mühüm məqamdır: bizim münasibətlərimizə yenidən baxılmalıdır: əvvəllər mövcud olan ifadələr reallığa uyğunlaşdırılmalıdır”, - deyə Paşinyan qeyd edib.

O, hökumətin hələlik hazır həll yollarının olmadığını, lakin qarşılıqlı anlaşmaya birgə gəlmək üçün açıq dialoqa və əməkdaşlığa hazır olduğunu vurğulayıb

Xəbəri paylaş: