Ermənistanda nikahlar azalıb, boşanma artıb

img

Ermənistanda nikahların sayı azalıb.

Rezonans.az
Ermənistan KİV-nə istinadən xəbər verir ki, rəsmi məlumata görə, 2022-ci ilin yanvar-aprel aylarında Ermənistanda 5229 nikah qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% azdır.

Bunun səbəbi cəmiyyətdəki sosial-iqtisadi problemlər, neqativ gözləntilər, eləcə də təhlükəsizlik məsələləri ilə izah edilir.

Evliliklərin sayı azaldıqca, boşanmaların da sayı artır. Yanvar-aprel aylarında Ermənistanda 1492 boşanma qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur.

Bu, demoqrafik problemlərin kəskinləşməsinə səbəb olub: yanvar-aprel aylarında Ermənistanda 10 869 uşaq doğulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5% azdır.

Xəbəri paylaş: