Qırğızıstan-Tacikistan sərhədində ATIŞMA

img

Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma olub.

 

Rezonans.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

 

Bildirilib ki, iyunun 14-də Qırğızıstan-Tacikistan dövlət sərhədində iki ölkənin sərhədçiləri arasında atışma baş verib. Ölən və yaralananlar barədə hələ ki məlumat verilməyib.

 

Qeyd edək ki, bundan əvvəl Tacikistan Xarici İşlər Nazirliyi Qırğızıstanı iyunun 3-də sərhəddə baş vermiş təxribatda ittiham etmişdi. Nazirliyin məlumatına əsasən, sərhədçilərlə atışmalara səbəb Qırğızıstan hərbçilərinin Tacikistan ərazisinə qanunsuz daxil olması və ölkə ərazisini tərk etmək tələblərinə məhəl qoymamaları olub. 

Xəbəri paylaş: