Yeni COVID variantı yayılır

img

XEC adlı yeni COVID variantı sürətlə yayılır və bütün dünyada dominant ola bilər.

Rezonans.az xəbər verir ki, bu barədə "The Conversation"a alimlər məlumat verib.

XEC variantı ilk dəfə 2024-cü ilin avqustunda Almaniyada kəşf edilib. Digər koronavirus variantlarından daha sürətli yayılır. Artıq Avropa, Şimali Amerika və Asiyanın 27 ölkəsində 600-dən çox yoluxma qeydə alınıb. Növbəti bir neçə ayda XEC planetdə dominant variant ola bilər.

Yeni variant KS1.1 və KP.3.3 variantları arasında genetik material mübadiləsi nəticəsində rekombinasiyanın məhsulu ola bilər. Əsas variantlar 2024-cü ilin əvvəlində bütün dünyada dominant olan JN.1-dən təkamül edib.

Yayılma sürətinin yüksək olmasına baxmayaraq, digər cəhətlərinə görə yeni variant əvvəlkilərdən demək olar ki, fərqlənmir. Bildirilir ki, infeksiyanın simptomlarına yüksək hərarət, boğaz ağrısı, baş və bədən ağrısı, yorğunluq və öskürək daxildir.

Xəbəri paylaş: